"Mançester Yunayted"in yeni baş məşqçisi məlum oldu

"Mançester Yunayted"i yeni mövsümdə çalışdıracaq baş məşqçinin adı müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın baş məşqçisi Erik ten Haq ilə razılıq əldə edib. Məlumatı ESPN nəşri yayıb. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, hazırda "Mançester Yunayted"i Ralf Ranqnik çalışdırır. Komanda 30 turdan sonra topladığı 51 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right