"Liverpul"un yeni transferi: "İstənilən komanda ilə oynamağa hazırıq"

"Liverpul"un yeni transferi Luis Dias Çempionlar Liqasının 1/4 final mərhələsinin "Benfika" ilə ilk görüşündən sonra UEFA-ya danışıb.

Newsport.az xəbər verir ki, Portuqaliyada Mersisayd klubunun 3:1 hesablı qələbəsində pay sahibi olan kolumbiyalı görüşü bu cür şərh edib:

"Vurduğum qol çox vacib idi. Çünki həmin qol yaxşı başlanğıc yaratdı. İndi əsas olan dincəlməkdi. Bilirik ki, bu, hələ son deyil. Çünki "Benfika" asan rəqib deyil. Amma biz istənilən komanda ilə oynamağa hazırıq. Üstünlüyümüzün nə olduğunu bilirik, ona görə də hazırlaşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right