"Barselona" Avstraliyaya gedəcək

"Barselona" tarixi ərzində ilk dəfə Avstraliyaya gedəcək.

 

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi burada yoldaşlıq oyunu keçirəcək. İspaniya klubu Avstraliya çempionatında oynayan futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşacaq. Məlumatı "Barselona"nın mətbuat xidməti yayıb.

 

Qarşılaşma mayın 25-də Sindeyin "Akkor Stadionu"nda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right