Simeonenin 5-5-0 sxeminə Qvardiolanın reaksiyası

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Atletiko” (Madrid) ilə ÇL-in 1/4 final mərləsinin ilk oyunu barədə fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, öz meydanında qalib gəldikləri matçdan (1:0) sonra jurnalistlərə açıqlama verən “Mançester Siti”nin baş məşqçisi Qvardiola bildirib: 

“Çox çətin, bərəbər səviyyəli oyun getdi. Onlar güclü müdafiə olunurdular. Bu da bizə çətinlik yaradırdı. Biz onlara qaçmaq imkanı vermirdik. Səbr etdik və qol vurduq”.

Qvardiola rəqib baş məşqçisi Dieqo Simeonenin dünən bir ara tətbiq etdiyi qeyri-adi taktiki sxemi (5-5-0) barədə də fikirlərini bildirib: “Biz onların 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Sonradan isə 5-5-0-a keçdilər. Əvvəllər, indi və yüz il sonra 5-5-0 sxeminə qarşı oynamaq ağır olacaq. Çünki oynamaq üçün boş zonan olmur. Bu, səbr məsələdir. Fasilədə futbolçulara dedim ki, bizim üçün hər şey yaxşı olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right