La Liqa klubunun yeni baş məşqçisi açıqlandı

İspaniyanın "Alaves" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisini Xulyo Valaskes çalışdıracaq. Məlumatı klubun rəsmi saytı yayıb.40 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Xulyo Valaskes "Alaves"in baş məşqçisi postunda Xose Luis Mendilibarı əvəz edib.

 

30 turdan sonra 22 xal toplayan "Alaves" İspaniya La Liqasında turnir cədvəlinin 20-ci, sonuncu pilləsindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right