Eddi İsrafilov: "Eybar"la uğur qazana bilərəm"

"Növbəti mövsümü "Eybar"da keçirməyi qərara aldım. Danışıqlar uğurlu alındı və asanlıqla anlaşdıq".

Newsport.az-ın məlumatına görə, bunu yeni mövsümdən İspaniyanın "Eybar" klubunda çıxış edəcək Azərbaycan milisinin futbolçusu Eddi İsrafilov deyib.

Bir il icarə əsasında "Eybar"da oynayacaq 22 yaşlı futbolçu keçidi haqda klub saytına dnaışıb:

"Düşünürəm ki, "Eybar"da uğur qazana bilərəm. Komandanın ötən mövsümkü çıxışını bəyəndim. Fikrimcə, yeni komandama faydalı olacam. Sadəcə mənə bir qədər vaxt lazımdır. Bu ilin "Eybar" üçün çox uğurlu olacağına inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right