"Barselona" ukraynalı köçkünlər üçün 17 ton ərzaq topladı

"Barselona" Kataloniyadakı ukraynalı məcburi köçkünlər üçün 17 ton ərzaq toplayıb. 

Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Klub ötən ay ərzaq yığılması üçün Qırmızı Xaç Cəmiyyəti ilə birgə kampaniya başlatmışdı. Nəticədə "Kamp Nou" stadionunun yaxınlığındakı toplama məntəqələrində məcburi köçkünlər üçün 17 ton ərzaq yığılıb.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right