Novruzovun komandası Asiya kubokunda mübarizəni dayandırdı

Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi Nepalın "Maçhindra" klubu Asiya kubokunun qrup mərhələsinə vəsiqə qazana bilməyib.

Newsport.az xəbər verir ki, Katmandu təmsilçisi pley-off-da Şri-Lankanın “Blue Star” klubu ilə qarşılaşıb. Novruzodun komandası rəqibinə 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Nurlan 90 dəqiqə mübarizə aparıb.

Pley-off 1 oyundan ibarət olduğundan qrup mərhələsinə Şri-Lanka təmsilçisi yüksəlib..





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right