“Barselona” ilə yeni müqavilə bağlamağa hazırlaşır

Ronald Arauxo “Barselona”da qalmaq istəyir.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın müdafiəçisi Arauxo klubda qalmaq istədiyini söyləyib.

O, agentinin gələn il başa çatacaq müqavilənin uzadılması üzərində işlədiyini bildirib:

“Burada olmaqdan çox şadam. Artıq müqaviləni yeniləmək üzərində işləyirik və bu həftə rəhbərliklə görüşəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət qərar veriləcək. Çünki burada qalmaq istəyirəm”.

Uruqvaylı müdafiəçi 2019-cu ildən Kataloniya klubunun əsas komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right