"Mançester Yunayted" Çempionlar Liqasında mübarizə apara bilməz" Runi

"Mançester Yunayted"in sabiq hücumçusu və "Derbi Kaunti"nin hazırkı baş məşqçisi Ueyn Runi "qırmızı şeytanlar"ın perspektivləri haqda danışıb.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, o deyib: “Düşünürəm ki, fürsət verilsə, onlar mövsümü indi başa vurub, Çempionlar Liqasını unutmaq istərdilər. "Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında mübarizə apara bilməz. Komandanın yenidən qurulması lazımdır. "Mançester Yunayted" elə etməlidir ki, 2-3 ildən sonra yenidən Premyer Liqanın qalibi olmaq uğrunda mübarizə apara bilsin".

Qeyd edək ki, “Mançester Yunayted”  Premyer Liqada 30 oyundan 51 xal toplayıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right