"Qvardiolanın bəxti gətirib" Simeone

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone hesab edir ki, həmkarı Pep Qvardiola karyerası ərzində oyunçu seçimində şanslı olub.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı deyib: “Heç vaxt komandamda Xavi, Buskets, Pike, İnyesta, Messi və başqalarının olması şansım olmayıb. Qvardiola böyük istedada malikdir. O, həmişə ixtiyarında ən yaxşı oyunçulara sahib olduğu üçün şanslı idi. Buna görə də Qvardiolanın bəxti gətirib".

Qeyd edək ki, "Mançester Siti" bu gün "Atletiko"nu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right