"Atletiko"da ciddi itki: "Mançester Siti"yə qarşı oynamayacaq

"Atletiko" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Siti"nin qonağı olacaq.

Newsport.az-in məlumatına görə, Madrid təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Müdafiəçi Xose Maria Ximenes zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı müdafiəçi İspaniya La Liqasının 30-cu turunun "Alaves"lə matçında (4:1) zədələnib.

Qeyd edək ki, "Mançester Siti" - "Atletiko" qarşılaşması aprelin 5-də Bakı vaxtilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right