“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted” portuqaliyalı futbolçu Bruno Fernandeslə yeni müqavilə imzalayıb.

Newsport.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq və anlaşmada daha bir mövsüm uzadılması maddəsi də yer alacaq.

Yeni müqavilə imzaladıqdan sonra Fernandes “Mançester Yunayted”də ən çox maaş alan 3 futbolçudan biri olub. Onun ildə 14-15 milyon avro qazanacağı bildirilir.

27 yaşlı portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. O, bu müddət ərzində 117 oyun keçirib, 49 qol vurub, 39 məhsuldar ötürmə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right