Dünya çempionatına Afrikadan 5 komanda vəsiqə qazandı

DÇ-2022-nin final mərhələsində oynamağa haqq qazanan daha 5 komandanın adı məlum olub.

Newsport.az xəbər verir ki, Afrikanı mundialda təmsil edəcək bütün komandaların adına aydınlıq gəlib.

Seneqal, Qana, Kamerun, Mərakeş və Tunis yığmaları mundialda iştirak hüququ qazanıblar.

21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək mundiala vəsiqə qazanan komandalar: Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Portuqaliya, Polşa, Braziliya, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador, Uruqvay və Kanadadı. Qətər isə təşkilatçı ölkə kimi çempionatda çıxış edəcək.

29 mart

Seneqal – Misir 1:0 (penaltilər 3:1)
İlk oyun 0:1

Əlcəzair – Kamerun 1:2
İlk oyun 1:0

Nigeriya – Qana 1:1
İlk oyun 0:0

Mərakeş – Konqo 4:1
İlk oyun 1:1

Tunis – Mali 0:0
İlk oyun 1:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right