Millimizin sonuncu rəqibi bilindi, Estoniya D Liqasına düşdü

UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçirilir.

Newsport.az-in məlumatına görə, ötən mövsüm C liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D liqasına düşməmək üçün mübarizə aparırlar.

Qazaxıstan Moldovanı qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. İki oyunun cəmində hesab 2:2 olduğundan görüş penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan Qazaxıstan millisi (5:4) qalib gələrək C liqasında qalıb. Komanda Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupda mübarizə aparacaq. Moldova isə D liqasında 1-ci qrupa düşüb.

Kipr - Estoniya cütünün qalibi isə C liqasında 2-ci qrupda, məğlubu isə D liqasında 2-ci qrupda yer alacaq.

 

29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (Penaltilər - 5:4)

Qol: Armas, 13
İlk oyun - 2:1

20:00. Kipr - Estoniya - 2:0

Qollar: Tzionis, 19, Pieros, 51
İlk oyun - 0:0

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right