Yığmamızın son rəqibi kim olacaq?

Bu gün UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək üçün həlledici görüşlərə çıxacaqlar.
 
Günün ilk matçı Nur-Sultanda Qazaxıstan və Belarus yığmaları arasında olacaq. Meydan sahibləri ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
 
Digər qarşılaşmada isə Kipr yığması Larnakada Estoniyanı sınağa çəkəcək. Komandalar arasındakı ilk oyunda hesab açılmayıb. Bu cütün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
 
UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart
 
18:00. Qazaxıstan – Moldova
İlk oyun - 2:1
 
20:00. Kipr – Estoniya
İlk oyun - 0:0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right