Latviyalı futbolçu: "Azərbaycanla oyunda qol vura bildiyimizi göstərəcəyik"

"Sabah oynaya, qol vura və qələbə qazana bildiyimizi göstərəcəyik".

Newsport.az məlumatına görə, Latviya yığmasının futbolçusu Vladislav Qutkovski Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.

Polşa "Rakuv"unda çıxış edən 27 yaşlı hücumçu matça hazır olduqlarını bildirib: "Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bizi maraqlı oyun gözləyir".

Qutkovskinin sözlərinə gprə, martın 25-də Maltada Küveytlə 1:1 hesablı heç-heçə etdikləri ilk yoldaşlıq görüşündə yaxşı çıxış ediblər: "Həmin qarşılaşmada məşqçilərimizin istədiklərini etdik. Bu element üzərində əlavə işləməliyik".

Qeyd edək ki, martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Azərbaycan - Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right