Britaniya Abramoviçin dostu Şvidlerin iki şəxsi təyyarəsini həbs etdi "The Guardian"

Britaniya hökuməti bir müddət əvvəl Britaniya sanksiyalarına məruz qalan "Çelsi" klubunun sahibi Roman Abramoviçin yaxın dostu, rusiyalı oliqarx Yevgeni Şvidlerə məxsus iki şəxsi təyyarəni həbs edib.

Newsport.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

İki təyyarə üç həftə Farnboro və Biggin Hill hava limanlarında təhqiqat altında olub. Britaniyanın nəqliyyat naziri Qrant Şapps şənbə günü bildirib ki, o, yeni həbs əmrləri imzalayıb və bu, sanksiyaya məruz qalan təyyarələrin sahiblərinin öz təyyarələrini hərəkət etdirməsini və ya idarə etməsini cinayət hesab edir.

"Putin qanunsuz hücuma başlayandan bəri mən Yevgeni Şvidlerin təyyarələrini üç həftə istintaq altında saxlamışam. İndi səlahiyyətimdən istifadə edərək onları qeyri-müəyyən müddətə həbs edirəm", - o yazıb.
"The Times"ın məlumatına görə, iki təyyarə Farnboro hava limanında həbs edilmiş LX-Fly kimi qeydiyyatdan keçmiş, 45 milyon dollarlıq "Bombardier Global 6500" təyyarəsidir. Digəri Bigin Hilldə 13 milyon dollarlıq "Cessna Citation Latitude" təyyarəsidir.

Rusiyanın "HeliCo Group” MMC şirkətinə məxsus şəxsi helikopterin də saxlanıldığı bildirilir.

Şapps açıqlamasında belə yazıb: "Bu son tədbirlərin həyata keçirilməsi - on milyonlarla funt-sterlinq dəyərində Rusiya şəxsi təyyarələrinin saxlanması onu göstərir ki, bizim hökumətimiz Putinin dostlarını dəbdəbəli oyuncaqlarından məhrum edərək daş üstündə daş qoymayacaq”.

Xatırladaq ki, Rusiyaya qarşı martın 24-də dərc olunan sanksiyalar çərçivəsində Britaniya oliqarx Yevgeni Şvidleri, Tinkoff Bank-ın təsisçisi Oleq Tinkovu, Sberbank-ın baş direktorunu siyahıya əlavə edib.

Şvidler Abramoviçin Evraz PLC metallurgiya şirkətinin keçmiş direktoru və səhmdarı olub. O, həm də martın 10-dan Britaniya sanksiyaları altında olan Roman Abramoviçin yaxın dostudur. Sərvət 1,2 milyard funt sterlinq olaraq qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right