İker Kasilyas “Real”dan ayrılıb.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı qapıçı 1994-cü ildən çıxış etdiyi komandadan rəsmən gedib. Bu barədə İspaniyanın ünlü “As” qəzeti xəbər yayıb. Qeyd olunur ki, Kasilyas bu gün klubun bazasına gələrək oradakılarla vidalaşıb.
Yayılan xəbərlərə inansaq, Kasilyas “Portu” klubuna keçəcək.