La Liqanın prezidenti Xavyer Tebas “Real”a keçəcəyi gözlənilən Kilian Mbappe və “Barselona”nın hədəfində olan Erlinq Halandla bağlı danışıb.
Newsport.az-ın məlumatına görə, Tebas, Mbappenin hazırda formasını geyindiyi PSJ-də qalmayacağına əmin olduğunu bildirib:
“Barselona”nın hazırkı vəziyyətinə görə Halandı transfer etməsi çətin olacaq.
Mbappe isə PSJ-də qalmayacaq, bu, dəqiqdir. Onun növbəti mövsümdə harada oynayacağını hələ açıqlamadığını bilirəm. Amma PSJ-də olmayacaq. Mən belə düşünürəm”.