“Real”da “el klasiko”dan əvvəl Benzema şoku

“Real”ın hücumçusu Kərim Benzema “Barselona”ya qarşı oyunu buraxa bilər.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı fransalı futbolçu matçdan əvvəl son məşqdə iştirak etməyib.

Benzema komandadan ayrı, idman zalında məşq keçib.

“Real”ın heyətində zədəli Qaret Beyl və Ferlan Mendinin “el klasiko”da iştirak etməyəcəyi dəqiqdir.

Martın 20-də keçiriləcək “Real” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right