"Valensiya" Xose Luis Qaya ilə müqaviləni yeniləmək istəyir.
Newsport.az-ın məlumatına görə, "yarasalar" müdafiəçiyə artıq yeni müqavilə təklif edib.
"Barselona"nın transfer etmək istədiyi 26 yaşlı futbolçunu komandada saxlamaq "Valensiya" rəhbərliyi üçün asan görünmür. Belə ki, futbolçunun Kataloniya klubunda oynamaq istəyində olduğu iddia edilir.
“Valensiya” yetirməsi olan müdafiəçi 2012-ci ildən əsas komandada çıxış edir. O, 2018-ci ildən İspaniya millisinin şərəfini qoruyur.