Avroliqada ukraynalı futbolçudan təsirli hərəkət

Ukrayna millisinin yarımmüdafiəçisi Andrey Yarmolenko Avropa Liqasının 1/8 final mərhələsinin “Vest Hem” (İngiltərə) – “Sevilya” (İspaniya) oyununun qəhrəmanı olub.

Newsport.az xəbər verir ki, bu komandaların ilk matçında ispanlar 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşünün əsas vaxtı isə eyni hesabla ingilislərin xeyrinə başa çatıb. Yarmolenko 88-ci dəqiqədə meydana daxil olub. Əlavə vaxtda - 112-ci dəqiqədə isə 32 yaşlı futbolçu komandasının qələbə qolunu vurub – 2:0. Beləliklə, bu uğur sayəsində “Vest Hem” 1/4 finala yüksəlib.

Qeyd edək ki, o, matç başa çatdıqdan sonra tribunaya gedərək formasını bütün matç boyu Ukrayna bayrağı dalğalandıran azarkeşə hədiyyə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right