Ronaldinyonun Messi arzusu

Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldinyo, argentinalı hücumçunun yenidən dünyanın ən yaxşısı olacağını bildirib:

“Messi hazırda ən yaxşı günlərini keçirmir. Amma futbol üçün etdiyi bütün işlərdən sonra ona inanmamaq mənim üçün çətindir. Əminəm ki, o, tezliklə yenidən titullar qazanacaq və yenə dünyanın ən yaxşısı olacaq. Messi heç vaxt ən yaxşı olmaqdan əl çəkmir”.

Ronaldinyo ilə Messi əvvəllər “Barselona”da birgə çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right