ÇL-ə vəsiqə qazanmasalar, maaşları azaldılacaq

"Mançester Yunayted" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmasa, bəzi futbolçularının maaşını azaldacaq. 

Newsport.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Komanda mövsümü ilk "4-lük"də bitirə bilməsə, bəzi futbolçularının məvacibi 25 faizədək azalacaq. Həmin oyunçuların müqaviləsində bu maddə öz əksini tapıb. Lakin komandada elə futbolçular da var ki, komanda ÇL-ə vəsiqə qazanmasa da, maaşları dəyişməyəcək . Onların arasında yarımmüdafiəçi Pol Poqba da var. 

Daha əvvəl məlum olmuşdu ki, "Mançester Yunayted" Premyer Liqanın ilk "4-lüy"ünə düşə bilməsə, Kriştiano Ronaldonun maaşı həftədə 480 min sterlinqdən 360 sterlinqə enəcək.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 50 xalla 5-cidir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right