Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Newsport.az xəbər verir ki, namizədlər arasında Portuqaliya "Benfika"sından Darvin Nunyes, İspaniya "Vilyarreal"ının qapıçısı Geronimo Ruli, "Atletiko" (Madrid) komandasından Koke və İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiç var.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.