"Liverpul" "Arsenal"a qalib gəlib liderlə xal fərqini 1-ə endirdi

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az xəbər verir ki, “Tottenhem” səfərdə “Brayton”la qarşılaşıb. London təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Günün digər matçı “Arsenal” evdə “Liverpul”u qəbul edib. Bu oyunda da qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

16 mart

16-cı tur

"Brayton" – "Tottenhem" - 0:2
Qol: Romero, 37. Keyn, 57.

27-ci tur

"Arsenal" – "Liverpul" - 0:2
Qol: Jota, 55. Firmino, 62.

Bu nətəcələrdən sonra "Liverpul" xallarının sayını 69-a çatdırıb. İndi Yurgen Kloppun komandası lider "Mançester Siti"dən cəmi 1 xal geri qalır. Xallarını 48-ə çatdıran "Tottenhem" isə 7-ci pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right