"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik "Atletiko"nun Çempionlar Liqasının 1/8 finalında komandası ilə cavab görüşündə qaydaları pozaraq qalib gəldiyin düşünür.
Newsport.az xəbər verir ki, mütəxəssi bu barədə BBC-yə açıqlamasında fikirlərini bölüşüb. O, Madrid təmsilçisinin qol vurduğu hücumda "Mançester Yunayted"in futbolçusu Entoni Elanqaya qarşı qayda pozuntusu olduğunu deyib:
“Biz yaxşı bilirdik ki, belə komandaya qarşı ilk növbədə qol vurmaq lazımdır. "Atletiko" hücuma başlayanda Elanqaya qarşı qayda pozuntusu oldu. Lakin referi və yan xətt hakimi fərqli düşünürdü. Fikrimcə, bu, onların yeganə şansı idi. Əks-halda, Biz "Atletiko" hücuma keçəndə keçəndə yaxşı müdafiə olunur və kompakt oynayırdıq. İlk hissəyə görə komandanı qınamaq üçün nəyim yoxdur”.
Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. "Atletiko" cavab oyununda 1:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb.