"Çelsi" mövsümü başa vura biləcək

"Çelsi" Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyalara baxmayaraq mövsümü başa vura biləcək .

Newsport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Abramoviçə tətbiq edilən sanksiyalara görə kluba transfer və bilet satışı qadağası qoyulmasına baxmayaraq, London təmsilçisi mövsümü başa vura bilmək üçün kifayət qədər büdcəyə sahibdir. Ötən gün Premyer Liqanın bütün komandalarının nümayəndələrinin topandığı iclasda " Çelsi"nin sədri Brüs Bak hər kəsi əmin edib ki, klubun buna yetəcək qədər vəsaiti var.

Xatırladaq ki, "Çelsi"yə matçlarının təşkilinə 500 min sterlinqdən çox pul xərcləmək qadağan edilib. Həmçinin, Barclays Bank müvəqqəti olaraq Blues-un hesabını bloklayıb.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib..





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right