“Nou Kamp”ın adının dəyişdiriləcəyi təsdiqləndi

"Barselona" və "Spotify" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək. 

Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın stadionu "Nou Kamp" "Spotify Nou Kamp” adlandırılacaq. 

Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right