Ronaldu Çempionlar Liqasında Kasilyasın rekordunu qırıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın Çempionlar Liqasındakı (ÇL) rekordunu qırıb.

Newsport.az "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna İspaniya "Atletiko"suna 0:1 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin cavab görüşündə nail olub.

Qarşılaşmada sonadək meydanda olan Ronaldu artıq 47-ci dəqiqədə rekordu qırıb. Həmin an portuqaliyalı forvardın ÇL-dəki 15 909-cu dəqiqəsi olub. Kasilyas isə bir dəqiqə az meydanda olub.

Hücumçu turnirdə 183, qolkiper isə 177 matçda meydana çıxıb.

Qeyd edək ki, ilk matçda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Yunayted" turnirlə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right