Simeonedən qələbə açıqlaması

“Mən çox sevinirəm. Çox adam var ki, uğur üçün çalışır”.

Newsport.az-ın xəbərinə görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdəki cavab oyununda “Mançester Yunayted”ə qalib gələrək (1:0, ilk oyun 1:1) növbəti mərhələyə adlayıb.

Argentinalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında bildirib: “Uşaqlar bu mövsüdəki əla oyunlardan birini keçirdi. Biz 5-3-2 sxemi ilə başlayıb, sonra 5-4-1-ə keçdik. Müdafiə xətti əla çıxış etdi. Müdafiədə oynamaq bizim üçün utandırıcı deyildi. Başa düşürdük ki, hücuma necə çıxmaq lazımdır. Oblak isə bizi sakitləşdirdi. Qol oyunun xarakterinə uyğun olmasa da, bizi sakitləşdirdi. Bu qələbə bütün komandanın uğurudur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right