“Barselona” “Milan”ın futbolçusu ilə anlaşdı

“Barselona” “Milan”ın futbolçusu Frank Kessye ilə razılığa gəlib. Newsport.az “Diario sport”a istinadən xəbər verir ki, tərəflər martın 14-də yekun razılığa gəliblər.
 
Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin “Milan”la müqaviləsi yayda başa çatacaq. Məhz bundan sonra o, azad agent kimi Kataloniya klubuna keçəcək.
 
25 yaşlı futbolçu 2019-cu ildən “Milan”da forma geyinir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right