"Bavariya" və Almaniya millisinin üzvü Bastian Şvanştayger "Mançester Yunayted"ə transfer olunur.
Newsport.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild" qəzeti xəbər yayıb.
Məlumatda bildirilir ki, yaxın günlərdə ingilislər Bastianla 3 illik müqavilə imzalayacaq. Yarımmüdafiəçinin yeni klubunda illik qazancı isə 10 milyon avro olacaq. Bu transferin baş tutması üçün isə "Mançester Yunayted" "Bavariya"ya 20 milyon avro ödəyəcək.
Şvanştayger "Bavariya"da oynadığı 13 mövsümdə 60 qol vurub, 8 çempionluq yaşayıb. O, ötən mövsüm komandada 28 oyunda meydana çıxıb, 5 qol vurub, 7 də məhsuldar ötürməylə yadda qalıb.