Eriksen milliyə çağırıldı

Danimarka millisinin və "Brentford"un futbolçusu Kristian Eriksen yenidən yığmaya çağırılıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Kasper Hyulmend qarşıdakı təlim-məşq toplanışı üçün Eriksenə də ehtiyac duyub. O, Niderland (26 mart) və Serbiya (29 mart) ilə keçiriləcək yoldaşlıq görüşlərində meydana çıxa bilər. 

Qeyd edək ki, Kristian Eriksen sonuncu dəfə ötən il Avro-2020-nin qrup mərhələsində Finlandiya (0:1) ilə oyunda yığmanın formasını geyinib. Həmin görüşdə ürəyi dayanan və həkimlərin müdaxiləsindən sonra həyatını xilas etmək mümkün olan 30 yaşlı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right