Ronaldodan çağırış

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Atletiko”ya (Madrid) qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.

Newsport.az xəbər verir ki, “qırmızı şeytan”lar bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İspaniya təmsilçisi ilə görüşəcək. Bu komandaların Madriddəki ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Kriştiano Ronaldo oyun ərəfəsində özünün İnstaqram səhifəsində paylaşım edərək yazıb: “Bu gün bizim çoxdan gözlədiyimiz gündür. Bütün dünyaya “Old Trafford”un nəyə görə “xəyallar teatrı” adlandırılmasını göstərmək üçün şans yaranıb”. 

O, azarkeşlərə çağırış edərək yazıb: “Gəlin, sonuncu ev oyunumuzdakı kimi əla bir atmosfer yaradaq. Və Çempionlar Liqası arzumuzu qoruyaq. Biz “Mançester Yunayted”ik! Gəlin, bunu birgə edək. İrəli, “şeytan”lar!”

Xatırladaq ki, “Mançester Yunayted” – “Atletiko” bu oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right