“Abramoviçin adını çəkməyin”

Böyük Britaniyanın baş naziri Boris Consonun sözçüsü “Çelsi” azarkeşlərini klubun sahibi, rusiyalı iş adamı Roman Abramoviçin adını matçlar zamanı səsləndirməyi dayandırmağa çağırıb.

Newsport.az “Mirror”a istinadən xəbər verir ki, o, fanatlara müraciətində deyib: 

“Klubların insanlarda yaratdığı hisslərin gücünü bilirik. Lakin bu, indiki dövrdə tamamilə yersiz davranışlar etməyə haqq qazandırmır. Düşünürəm ki, insanlar belə bir şey etməkdənsə, öz klublarına sevgi və dəstək göstərə bilərlər. “Çelsi”nin satışına gəlincə, biz bunun düzgün şəraitdə həyata keçirilməsinə şərait yaradacaq lisenziya üçün müraciətə baxacağıq”. 

Qeyd edək ki, “Zadəganlar”ı 2003-cü ildə alan Abramoviç bir neçə gün əvvəl "Çelsi"ni satışa çıxarıb. Daha sonra isə azarkeşlər rusiyalı iş adamına kluba verdiyi töhvələrə görə təşəkkür etmək məqsədi ilə komandanın oyunlarından əvvəl onun adını səsləndiriblər. 

Xatırladaq ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right