"Real"da "El-Klassiko" öncəsi çətin durum

"Real"ın futbolçuları Rodriqo, Ferlan Mendi və Kərim Benzema La Liqanın 29-cu turunda "Barselona" ilə matçı buraxa bilərlər.

Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti klubun mətbuat xidmətinə açıqlamasında danışıb. O, zədədən əziyyət çəkən oyunçuların qarşılaşmada iştirak edib-etməyəcəyinin sual altında olduğunu bildirib: 

"Qarşıdakı bir neçə günü qiymətləndirməliyik. Futbolçuların zədəsi ciddi görünmür. Lakin Rodriqonun durumunun bir az çətin olduğu görünür. Ferlanın əzələləri də həddindən artıq yüklənib. Benzema da ağrılar hiss edir. Çərşənbə gününə qədər gözləməliyik ki, onların sağalıb-sağalmayacağı məlum olsun". 

Qeyd edək ki, "El-Klassiko" martın 20-si "Santiaqo Bernabeu" stadionunda oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right