Simeone “Mançester Yunayted”lə oyun haqda...

Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyunu öncəsi fikirlərini bildirib. Newsport.az xəbər verir ki, argentinalı mütəxəssis hər iki komandanın təzyiq altında olacağını söyləyib. 
 
“Rəqibin potensialını, öz meydanında yaratdığı təhlükəni bilirik, lakin özümüzə əminik. Mən adətən belə stadionlarda həmişə olduğu kimi, hər iki komandanın təzyiq altında olacağı sürətli oyun təsəvvür edirəm. Çalışacağıq ki, əks-hücumlarımızdan istifadə edərək, rəqibin buraxdığı səhvlərdən yararlanaq. Onların da əla əks-hücumları var”,  deyə Simeone bildirib.
 
Qeyd edək ki, “Atletiko” və “Mançester Yunayted” arasında keçirilmiş ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right