"Qarabağ"ın futbolçusunun durumuna aydınlıq gəldi

Premyer Liqanın 19-cu turunda keçirlimiş “Sabah”la matçın 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmiş “Qarabağ” futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün aparılmış MRT müayinəsindən sonra futbolçunun əzələ toxumalarında xəsarət aşkarlanıb.

​Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib. Həkimlər Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək “Zirə” ilə oyuna hazır etməyə çalışacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right