İngiltərə 5 əvəzetməyə qayıdır?

İngiltərə Premyer Liqasında yenidən 5 əvəzetmə tətbiq edilə bilər. 

Newsport.az-ın məlumatına görə, bu barədə "Daily Mail" məlumat yayıb. Məsələ iyun ayında çempionatda çıxış edən klubların ümumi toplantısında müzakirə olunacaq. Yığıncaqda 5 əvəzetmə sayı ilə bağlı səsvermə keçiriləcək.  Bundan əlavə, Premyer Liqanın kapitanları sabah sözügedən mövzunun tətbiqini müzakirə edəcəklər.

Eyni zamanda liqada lider olmayan klublar da bu qərara müdaxilə edə bilər. Onlar hesab edirlər ki, 5 əvəzetmə daha zəngin və yuxarı pillələrdə qərarlaşan klublara haqsız üstünlük verir.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbiylə dayandırılmış mövsümün bərpasından dərhal sonra Premyer Liqada beş əvəzetməyə icazə verilmişdi. Lakin empionat  2021/22 mövsümü üçün üç əvəzetmə qaydasına qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right