Luçesku: "Bundan sonra çox çətin olacaq"

"Dinamo"nun (Kiyev) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rumınyaya qayıtmaq məcburiyyətində qalan baş məşqçisi Mirça Luçesku bu müddət ərzində yaşadıqlarından danışıb. 

Newsport.az-ın məlumatına görə, 76 yaşlı mütəxəssis baş verənlərdən sonra Ukraynada futbola davam etməyin çətin olacağını deyib: 

"Ukrayna Futbol Asossasiyası çempionatı 1 aylıq dayandırdı. Amma düşünürəm ki, bundan sonra oynamağa davam etmək çox çətin olacaq. UEFA prezideti Aleksander Çeferinin köməyi ilə bəzi əcnəbi futbolçularla birlikdə Ukraynadan ayrıldıq. Lakin bəzi oyunçular da orada qaldı. Mən kənardan bunun təşkilinə və ailələrin Ukraynadan çıxmasına kömək etdim. Nə vaxtsa belə bir müharibə olacağını heç düşünməmişdim. Ukraynalılar ruslarla birlikdə qardaş kimi yaşayırdı. Bu, cəmiyyətin, xalqların yox, siyasətçilərin problemidir. Amma bu müharibədə qalib tərəf olmayacaq".

Luçesku rusiyalı idmançılara qarşı tətbiq edilən sanksiyalar və qadağalardan da danışıb:"Siyasətçilərin yaratdığı problemdə idmançıların heç bir günahı yoxdur. İnsanlar idman etməyə və mübarizə aparmağa davam etməlidir. idmançıların yarışmaq haqqının əlindən alınmasını düzgün hesab etmirəm". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right