Tanınmış hücumçu "Ayaks"da

Niderlandlı sabiq hücumçu Klas-Yan Hunteların yeni ünvanı bilinib.

Newsport.az-ın məlumatına görə, keçmiş futbolçu "Ayaks"ın idman direktoru təyin olunub. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Huntelarla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Sabiq hücumçu bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Mark Overmarsı əvəz edib.

Huntelar futbolçu kimi 2006-2009 və 2017-2021-ci illərdə bu komandada çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right