"Barselona" 3 aydır uduzmur

"Barselona"nın uğurlu seriyası davam edir.

Newsport.az xəbər verir ki, Xavi Ernandesin baş məşqçi təyin olunmasından sonra inamlı oyunu ilə seçilən komanda artıq 3 aydır məğlub olmur.

Kataloniya klubu ötən gecə La Liqanın 28-ci turunda “Osasuna”ya 4:0 hesabı ilə qalib gəlib. Bununla da komanda ölkə çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça yüksəltməklə öz göstəricisini yaxşılaşdırıb.

"Barselona" bu matçların 8-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Komanda sonuncu dəfə ötən il dekabrın 4-də “Betis”ə səfər uduzub - 0:1.

Qeyd edək ki, hazırda 51 xal olan “Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right