PSJ-li azarkeşlər Messi ilə Neymarı təhqir etdilər

PSJ azarkeşləri Lionel Messi və Neymarı fitə basıblar.

Newsport.az xəbər verir ki, hadisə dünən “Bordo”ya qarşı Liqa-1-in oyununda baş verib. Hər dəfə bu iki futbolçu topa sahib olanda azarkeşlər fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın görüşdə 1 qol vurması belə fanatların hirsini soyutmayıb.

Qeyd edək ki, ötən həftə PSJ Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq mübarizəni dayandırıb.

Fransa mətbuatının yazdığına görə, hazırda Messi sabiq klubu “Barselona”ya qayıtmaq barədə düşünür. Neymara gəlincə, əgər ona sərfəli təklif olsa, klub futbolçunu saxlamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right