Rusiya Premyer Liqasının oyunları artıq İspaniyada yayımlanmayacaq.
Newsport.az-ın məlumatına görə, "La Liga Sports TV"nin mətbuat xidməti açıqlama yayıb. Sözügedən telekanal artıq Rusiya çempionatının oyunlarını yayımlamayacağını bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında fevralın 24-də müharibə başlayıb. Bu səbəbdən Rusiya idmançılarına bir çox qadağa qoyulub. Həmçinin İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-inin, Portuqaliya və Şotlandiya çempionatlarının rəhbərləri oyunların Rusiyada yayımlanmayacağını açıqlayıblar.