Əliyevin komandasından “Spartak”la heç-heçə

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Kamran bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşdə forma geyinib. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb.

“SKA-Xabarovsk” 27 turdan sonra 42 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right