Mahir Emreli start heyətdə başladı, "Dinamo" heç-heçə etdi

Xorvatiya çempionatında 27-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su səfərdə "Hayduk"un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 25 yaşlı forvard 56-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

25 turdan sonra 53 xal toplayan "Dinamo" turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right