"Atletiko" evdə sevindi

İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Atletiko" doğma meydanda "Kadis"i qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 51-ə yüksəldən "Atletiko" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 24 xal toplayan "Kadis" isə 18-ci yerdədir.

"Atletiko" - "Kadis" - 2:1
Qollar:
 Joao Feliks, 3, Rodriqo De Paul, 68 - Alvaro Neqredo, 45





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right