Traoreni ver, Puçu al

“Barselona” “Vulverhempton”dan icarə götürdüyü Adama Traoreni komandada saxlamaq üçün qarşı tərəfə Riki Puçu təklif edə bilər.

Newsport.az “Diario Sport”a istinadən xəbər verir ki, “Vulverhempton” ötən ilin yayında Puçla maraqlanırdı. “Barselona” Traoreni saxlamağa çalışacaq və İngiltərə klubuna 22 yaşlı ispan yarımmüdafiəçini təklif edəcək.

Maliyyə durumu yaxşı olmayan Kataloniya klubu bununla puluna qənaət etməyə çalışacaq.

Puç “Barselona”nın öz yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right